“Bütün girovlar Fələstinin HƏMAS hərəkatı tərəfindən azad edilmədən müvəqqəti atəşkəs olmayacaq”.
Qaziler.az “Haaretz”ə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ABŞ dövlət katibi Antoni Blinkenlə söhbətində bildirib.
HƏMAS nümayəndələrinin sözlərinə görə, hazırda Qəzza zolağında təxminən 200-250 girov var.
“Girovlar qaytarılana qədər atəşkəs olmayacaq”, - bəyanatda qeyd edilib.
Qrupun nümayəndəsi Qazi Həməd daha əvvəl bildirmişdi ki, HƏMAS İsraillə məhbus mübadiləsi məsələsində tam kompromisə getməyə hazırdır. Onun sözlərinə görə, söhbət həm hərbçilərdən, həm də mülki şəxslərdən gedir. Lakin İsrailin çətin belə bir addım atacağı bildirilib.
QAZİLER.AZ