Şavkat Mirziyoyev Azərbaycanın suverenliyinin tam bərpa edilməsi münasibətilə İlham Əliyevi təbrik edib

Şavkat Mirziyoyev Azərbaycanın suverenliyinin tam bərpa edilməsi münasibətilə İlham Əliyevi təbrik edib backend

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bütün ərazisində suverenliyini təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, Özbəkistanın dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Özbəkistan prezidenti vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.

Ş.Mirziyoyev bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub:

“Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”.

Diaspora