Fransa prezidenti Emmanuel Makron Astana səfərindən sonra Twitter (X) sosial şəbəkəsində qazax dilində bir neçə yazı dərc edib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, siyasətçi Qazaxıstanla Fransa arasında çoxsaylı müqavilələrin bağlandığını da onu izləyənlərin diqqətinə çatdırıb.
“Fövqəlgüclərin yenidən dominantlığa can atdığı və bəzilərinin gözlənilməz hərəkət etdiyi bir dünyada birlikdə yeni perspektivlər qura biləcək tərəfdaşlara və dostlara etibar etmək dəyərlidir. Qazaxıstan və Fransa da onların arasındadır”, - Fransa prezidenti yazıb.
Makronun Astanaya ilk rəsmi səfəri noyabrın 1-də baş tutub. Fransa lideri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə təkbətək və geniş tərkibdə danışıqlar aparıb.
QAZİLER.AZ