“Moldova hökumətinin noyabrın 5-də keçiriləcək yerli seçkilərdə rusiyalı müşahidəçiləri akkreditasiyadan imtina etmək qərarı Kişinyovun beynəlxalq öhdəliklərini pozur”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib. O, əlavə edib ki, Rusiya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) reaksiya gözləyir.
“Oktyabrın 30-da ATƏT/DTİHB Moldova hakimiyyətinin təşkilatın noyabrın 5-də keçiriləcək yerli seçkilərin monitorinq missiyası çərçivəsində altı rusiyalı qısamüddətli müşahidəçini akkreditasiyadan imtina etməsi barədə bildiriş alıb”, - Zaxarova deyib.
QAZİLER.AZ