Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Nazirlər həmçinin Yaxın Şərqdəki durum barədə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.