İsrail niyə fələstinliləri Misirə qovmaq istəyir? - Ekspert açıqladı

İsrail niyə fələstinliləri Misirə qovmaq istəyir? - Ekspert açıqladı backend

“İsrailin Qəzza zolağının 2,3 milyon sakininin Misirə məcburi köçürülməsi planı mövcuddur və onun həyata keçirilməsi mümkündür”.

Qaziler.az xəbər verir ki, bu fikirləri israilli publisist İsrael Şamir “NEWS.ru”ya bildirib. O xatırladıb ki, İsrail keçmişdə də dəfələrlə fələstinliləri kütləvi şəkildə ölkəsindən çıxarıb.

“İsrail çoxdan Fələstinin əsl sakinlərindən xilas olmaq arzusunda idi. Qəzza zolağının azad edilməsi, ilk növbədə, dəniz limanı və qaz yatağının şelfdə olmasını və təbii ki, əraziyə tam nəzarəti ələ keçirmək deməkdir. Əgər 1948 və 1967-ci illərdə İsrail fələstinliləri öz torpaqlarından kütləvi surətdə qovmuşdusa, o zaman bu məcburi qovulma bu dəfə də alına bilər”, - İsrailli publisist deyib.

Şamirin sözlərinə görə, Misir fələstinlilərin öz ərazisinə köçürülməsinin əleyhinədir, lakin İsrail və ABŞ maliyyə yardımı ilə Qahirəni razı salmağa çalışır.

İsrail və ABŞ Misirə Dünya Bankına olan borcunu ödəməyi vəd edir və bu, çox böyük məbləğdir. Misir üçün belə bir təklif çox cazibədar görünür”, - deyə Şamir fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora