Moldovanın Rusiyadakı səfirliyi beş əməkdaşını itirə bilər

Moldovanın Rusiyadakı səfirliyi beş əməkdaşını itirə bilər backend

Moldova Xarici İşlər Nazirliyi respublikanın Rusiyadakı səfirliyinin üzvlərinin sayını azaltmaq üçün qanun layihəsi hazırlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Deschide.md” portalı yazır. Sənəddə işçilərin sayının 18 nəfərdən 13 nəfərə endirilməsi təklif edilir. Müvafiq layihə ictimai müzakirəyə çıxarılacaq.

Ehtimal olunur ki, Moldova Xarici İşlər Nazirliyi səfirin müşaviri və səfirliyin ikinci katibindən imtina edəcək. Hökumət həmçinin MDB İqtisadi Şurası yanında İqtisadi Məsələlər üzrə Komissiyada müşavir-elçi, səlahiyyətli nümayəndə, habelə Ticarət-İqtisadi Xidmətin ikinci katibi vəzifələrini ləğv edəcək. Bundan əlavə, diplomatik nümayəndəlik işə mühasib-kassir götürməkdən imtina edəcək. Bu vəzifələri tutan şəxslər yenidən Xarici İşlər Nazirliyinin tabeliyində olan digər vəzifələrə təyin olunacaqlar.

QAZİLER.AZ

Diaspora