Peskov Mahaçqala hadisələrini şərh edib

Peskov Mahaçqala hadisələrini şərh edib backend

“Mahaçqala hava limanında baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən informasiya təsirinin nəticəsidir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Məlumdur və göz qabağındadır ki, Mahaçqala aeroportu ətrafında dünən baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən informasiya təsirinin nəticəsidir", - Kreml nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşdə “Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdləri” və Mahaçqaladakı vəziyyət müzakirə olunacaq.

QAZİLER.AZ