“Dünya Avropada müharibəyə hazır olmalıdır”.
Qaziler.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına deyib.
Onun fikrincə, Yaxın Şərqdəki böhran səbəbindən hərbi münaqişə yarana və Ukraynadakı münaqişə də buna töhfə verə bilər.
“Biz bir daha Avropada müharibə təhlükəsinin yarana biləcəyi fikrinə alışmalıyıq. Biz müharibəyə hazır olmalıyıq”, - Pistorius bildirib.
Müdafiə nazirinin sözlərinə görə, Almaniya hökuməti hazırda ordunu aktiv şəkildə modernləşdirir. O, cari onilliyin sonuna qədər Bundesverin imicinin əhəmiyyətli dərəcədə dəyişəcəyini vurğulayıb. Həmçinin Almaniyanın iqtisadiyyat naziri Robert Habek hesab edir ki, ölkənin hakimiyyət orqanları təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirməli və Bundesverin modernləşdirilməsini sürətləndirmək üçün onun maliyyəsini artırmalıdır.
“Almaniya öz təhlükəsizliyi üçün daha çox şey etməlidir. Bunun üçün bizə Bundesverə çoxlu pul lazım olacaq”, - o qeyd edib.
QAZİLER.AZ