“Bəşəriyyət sürətlə sivilizasiyanın sonuna yaxınlaşır”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu alman əsilli fin sahibkar Kim Dotkom “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, baş verənlərə görə məsuliyyət daşıyanlar qiyamətdən sonra da Rusiyanı günahlandırmağa davam edəcəklər:
"Hər şey bitəndə və dünya məhv olanda günahkarlar öz nüvə bunkerlərində oturub yenə də Rusiyanı günahlandıracaqlar. Bəşəriyyət bizim bildiyimiz sivilizasiyanın sonuna sürətlə yaxınlaşır. Yaşamaq istəyirsinizsə, uzaq cənuba köçün. Nə qədər tez bir o qədər yaxşıdır”, - o yazıb.
QAZİLER.AZ