Ukrayna keçmiş prezident Mixail Saakaşvilini Gürcüstanda hakimiyyətdə görmək istəyir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinin sədri Mixail Sarcveladze deyib.
“Ukrayna hakimiyyəti dəfələrlə Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa çağırıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov dəfələrlə belə çağırışlar edib. Bu gün Mixail Saakaşvilini sırf müharibə başlatdığı üçün Gürcüstanda hakimiyyətdə görmək istəyən siyasi qüvvənin Ukrayna hökumətində çox böyük təsiri var”, - Sarcveladze bildirib.