Moskva Qərb ölkələrinin Ukraynaya maliyyə dəstəyi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək planlarına simmetrik cavab verməyə hazırdır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Avropa Birliyi liderləri 2024-2027-ci illər üçün Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı razılığa gələ bilməyiblər. İndi dondurulmuş Rusiya vəsaitlərinin oğurlanması ilə bağlı müzakirələr yenidən başlayıb. Belə bir qərar Rusiyanın simmetrik cavabını tələb edir. Belə olan halda, daha çox dost olmayan ölkələrə məxsus aktivlər müsadirə olunacaq”, - Volodin bildirib.