Qəzzada quru əməliyyatı İsrail iqtisadiyyatını tükəndirəcək və həmçinin çox sayda insan tələfatına səbəb olacaq. Nəticədə ağır itkilər və beynəlxalq təzyiqlər döyüşləri dayandırmağa məcbur edəcək.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet bildirib.
Keçmiş baş nazir Qəzza zolağında quru əməliyyatı ilə bağlı öz versiyasını təklif edib. O əmindir ki, onun təklifi əsgərlərin və mülki şəxslərin həyatını xilas etməyə kömək edəcək:
"İsrail Qəzza ilə Xan-Yunisi ayıracaq 2 km dərinlikdə təhlükəsizlik zonası yaratmalıdır".
O, həmçinin, mülki əhalinin cənuba qaça biləcəyi iki humanitar dəhliz yaratmağı təklif edir:
"Eyni zamanda, cənuba su, ərzaq və dərmanların çatdırılması təşkil edilir, burada tibbi və humanitar sığınacaqlar yaradılır. Nəticədə Qəzzanın şimalının təminatı, elektrik enerjisi də daxil olmaqla, tamamilə kəsilir. İsrail ordusu şəhərə birbaşa hücumdan imtina edir.
Beləliklə, İsrail uzun müddət ərzində, lakin şəhərləri zorla işğal etmədən hədəfli reydlər keçirə biləcək. Daha kiçik reydlər daha az itki və dağıntı ilə nəticələnəcək, Hizbullahdan gələn təhlükəni azaldacaq və İsrail əsgərlərini daha az təhlükə altına salacaq".
"Mən Vyetkonq tipli tunel müharibəsinə girmək istəmirəm. Onları tunellərdə ilişib qalmalarına icazə verərək, ehtiyatsız addımları ilə yaxalamaq istəyirəm. Təsəvvür edin, HƏMAS əsgəri yoldaşları ilə bu tunellərdən birində gözləyir. O, doqquz ay orada maddi-texniki dəstək olmadan, yeməksiz, soyuqda və rütubətdə ilişib qalmayacaq".
Qeyd edək ki, ötən gün İsrail Qəzza zolağına quru, hava və dənizdən kütləvi hücuma keçib. Tank briqadalarının da Qəzzaya daxil olduğu iddiaları var. Buna baxmayaraq, İsrail ordusu bunun quru əməliyyatı olmadığını bildirib.