BMT-nin baş katibi Antonio Quterreş Qəzzada humanitar infrastrukturun tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS onun fikirlərini sitat gətirib.
Ümumdünya təşkilatının baş katibinin bəyanatında deyilir: "Qəzzada humanitar sistem 2 milyondan çox mülki insan üçün ağlasığmaz nəticələrlə tamamilə dağılmaq üzrədir".
Qeyd edilib ki, oktyabrın 27-də Qəzza zolağında rabitə və internet xidmətlərinin fəaliyyətini tamamilə dayandırdığı məlum olub.
QAZİLER.AZ