Şolts İsrail-Fələstin münaqişəsi haqda: "Heç kim müdaxilə etməsə, gərginlik olmayacaq"

Şolts İsrail-Fələstin münaqişəsi haqda: "Heç kim müdaxilə etməsə, gərginlik olmayacaq" backend

“Heç kim Yaxın Şərq münaqişəsinə müdaxilə etməyə cəhd etməsə, gərginlik olmayacaq”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Bununla belə, onun Almaniya hökumətinin saytında yer alan sözlərinə görə, Avropa İttifaqı münaqişənin daha da pisləşməsinin qarşısını almaq üçün hər cür səy göstərməlidir.

“Bu münaqişəyə tamamilə heç kimin qarışmayacağı və heç bir eskalasiya olmayacağı aydın olmalıdır. HƏMAS-ın hücumundan sonra İsrailin özünümüdafiə hüququnu dəstəkləməklə yanaşı, daha da gərginləşməməsi üçün hər şeyi etdik”, - Şolts bildirib.

QAZİLER.AZ

Diaspora