İran XİN rəhbəri: Biz HAMAS-ı sadəcə siyasi cəhətdən dəstəkləyirik

İran XİN rəhbəri: Biz HAMAS-ı sadəcə siyasi cəhətdən dəstəkləyirik backend

"İran dinc əhalinin öldürülməsinin əleyhinədir, HAMAS-ı siyasi cəhətdən dəstəkləyirik".

APA xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ milli ictimai radiosuna (NPR) müsahibəsində deyib.

Abdullahian müxbirin İranın oktyabrın 7-dəki hücumda HAMAS-a hansısa dəstək göstərməsi ilə bağlı sualına cavabında bildirib ki, ölkəsi heç vaxt dinc əhalinin öldürülməsini dəstəkləməyib. Nazir qeyd edib ki, İran HAMAS-ı sadəcə siyasi cəhətdən dəstəkləyir.

"Bizim fikrimizcə HAMAS Fələstinin azadlıq hərəkatıdır. Mən BMT Baş Assambleyasında çıxışımda dedim ki, onlar beynəlxalq qanunlara uyğun hərəkət edirlər. Təbii ki, İran dinc əhalinin öldürülməsini heç vaxt dəstəkləməyib, lakin biz azadlıq hərəkatlarının işğal altında olan torpaqlarını azad etmək üçün apardıqları fəaliyyətə siyasi dəstək veririk”, - o deyib.

Diaspora