"HƏMAS-ın Rusiyaya dəvət edilməsi ləyaqətsiz addımdır" - İsrailin REAKSİYASI

"HƏMAS-ın Rusiyaya dəvət edilməsi ləyaqətsiz addımdır" - İsrailin REAKSİYASI backend

“Fələstinin HƏMAS qruplaşmasının Moskvaya dəvət edilməsi Rusiya Federasiyası tərəfindən ləyaqətsiz addımdır”.

Qaziler.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin “Telegram” kanalında açıqlama verilib.

İsrail XİN Rusiya hökumətini hərəkatın nümayəndələrini dərhal ölkədən çıxarmağa çağırıb.

“İsrail HƏMAS liderlərinin Moskvaya dəvət edilməsini terrora arxa külək verən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən nalayiq addım kimi qiymətləndirir. Biz Rusiya hökumətini HƏMAS terrorçularını dərhal ölkədən çıxarmağa çağırırıq”, - bəyanatda deyilir.

QAZİLER.AZ

Diaspora