Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətinin üzvləri Moskvada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüş keçiriblər. Görüşdə tərəflər Fələstin-İsrail müharibəsini müzakirə ediblər.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında deyilir.
Qeyd olunub ki, hərəkat Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini, eləcə də Moskvanın bu məsələdə diplomatik səylərini yüksək qiymətləndirib. Nümayəndə heyəti həmçinin beynəlxalq ictimaiyyəti İsrail hökumətinin törətdiyi soyqırıma diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, oktyabrın 26-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib ki, HƏMAS-ın Siyasi Bürosunun üzvü Əbu Mərzukun başçılıq etdiyi nümayəndə heyəti Moskvada səfərdədir.
QAZİLER.AZ