"Rus dilini ləğv etmək mümkün olmayacaq" - Sergey Neçayev

"Rus dilini ləğv etmək mümkün olmayacaq" - Sergey Neçayev backend

“Bəzi ölkələrin siyasətçilərinin rus mədəniyyətinin ləğvi ilə bağlı çağırışlarına baxmayaraq, rus dilini ləğv etmək mümkün olmayacaq”.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu Berlində rus dili həftəsinin açılışında Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev deyib.

"Böyük məmnuniyyətlə biz Berlində Rus dili həftəsini açırıq. Bu, Almaniyanın paytaxtında 15-ci həftədir", - Neçaev rusiyalı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, foruma Avropanın hər yerindən rusiyalı mütəxəssislər, müəllimlər, metodistlər gəlib.

"Bu, çox xoş hadisədir, nəzərə alsaq ki, bəzi ölkələrdə bəzi tanınmış siyasətçilər rusca olan hər şeyi ləğv etməyə, rus mədəniyyətini ləğv etməyə çağırırlar. Amma rus dilini ləğv etmək mümkün olmayacaq", - diplomat vurğulayıb.

QAZİLER.AZ

Diaspora