İsrailli politoloq: "Ankara HƏMAS-ın əsas sponsorlarından biridir"

İsrailli politoloq:  "Ankara HƏMAS-ın əsas sponsorlarından biridir" backend

“Türkiyə prezidenti Rəcəb Ərdoğanın İsrailə səfərindən imtina etməsi gözlənilirdi, çünki Ankara HƏMAS təşkilatının əsas sponsorlarından biridir”.

Qaziler.az xəbər verir ki, bunu israilli politoloq Saymon Tsipis “NEWS.ru”ya bildirib.

Ekspertin sözlərinə görə, Ərdoğan həm də “Müsəlman Qardaşlar” hərəkatının üzvüdür (Rusiyada təşkilat terrorçu kimi tanınır və fəaliyyəti qadağandır). O qeyd edib ki, HƏMAS Qətərin də dəstəyindən istifadə edir.

“Birincisi, Ərdoğan bir çox ölkədə terrorçu kimi tanınan bu təşkilatın aparıcı üzvlərindən olan “Müsəlman Qardaşlar”ın üzvüdür. İkincisi, Ərdoğan və onunla birlikdə Türkiyə onilliklər ərzində, əslində, əvvəldən HƏMAS-a həmişə maddi, diplomatik və mənəvi dəstək olub. Üçüncüsü, yaralı HƏMAS üzvləri Türkiyədə hər cür şəraitlə müalicə olunur”, - Tsipis əlavə edib.

Tsipisin sözlərinə görə, HƏMAS Türkiyə xüsusi təyinatlıları ilə təlimlər keçir və Ankaradan olan hərbi məsləhətçilər Qəzzada HƏMAS üzvlərinə məsləhətlər verirlər.

QAZİLER.AZ

Diaspora