İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT-nin baş katibi Antonio Quterreşi istefaya çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Daimi nümayəndənin sözlərinə görə, Quterreş uşaqları, qadınları və qocaları qətlə yetirənlərə anlayış nümayiş etdirdiyi üçün BMT-nin rəhbəri olmağa layiq deyil.
“Mən onu dərhal istefaya çağırıram. İsrail vətəndaşlarına və yəhudi xalqına qarşı törədilən ən dəhşətli vəhşiliyə mərhəmət göstərənlərlə danışmağın heç bir əsası və mənası yoxdur”, - deyə Erdan bildirib.
Qeyd edək ki, Quterreş bildirib ki, HƏMAS hərəkatının fəaliyyəti, oktyabrın 7-də İsrail ərazisinə hücum fələstinlilərin kollektiv şəkildə cəzalandırılması üçün səbəb ola bilməz.
QAZİLER.AZ