"Ərdoğanla Putin müstəqil Fələstinin yaradılmasını istəyir" - Kreml

"Ərdoğanla Putin müstəqil Fələstinin yaradılmasını istəyir" - Kreml backend

“Moskva və Ankaranın Yaxın Şərqdəki münaqişə ilə bağlı mövqeləri müstəqil Fələstinin yaradılması məsələsində praktiki olaraq üst-üstə düşür”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat xidməti Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra bildirib.

Bildirilib ki, hər iki tərəf mülki əhali arasında itkilərin sayının artmasına və Qəzza zolağında humanitar vəziyyətin pisləşməsinə diqqət çəkib. Prezidentlər yaşayış məntəqələrinə, dini və sosial obyektlərə zərbələrin endirilməsini yolverilməz hesab ediblər.

“Rusiya və Türkiyənin mövqelərinin praktiki olaraq üst-üstə düşdüyü, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstinin yaradılmasını nəzərdə tutan məşhur iki dövlət formulunun həyata keçirilməsinə yönəldiyi vurğulanıb.

Bundan əvvəl Türkiyə prezidentinin dəftərxanası iki dövlət başçısının telefon danışıqları barədə məlumat yayıb. Ərdoğan Putinə izah edib ki, İsrail ordusunun hərəkətləri fonunda Qərb ölkələrinin susması Qəzzada humanitar fəlakətə gətirib çıxarıb.

QAZİLER.AZ

Diaspora