“Qəzza zolağı ətrafında münaqişə başa çatdıqdan sonra İsrailə qarşı sanksiyalar tətbiq olunacaq və bundan sonra o, faktiki olaraq dövlət kimi tam yoxa çıxa bilər”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu fikirləri erməni politoloq və şərqşünas Karine Gevorqyan “Radio 1”ə müsahibəsində deyib.
Onun fikrincə, yaxın gələcəkdə İsrail ordusu ilə HƏMAS əsir və girovları dəyişdirəcək, bunun nəticəsində münaqişə səngiyəcək, lakin tam səngiməyəcək.
“Girovları hissə-hissə azad edəcəklər, bütün bunlar uzanacaq, amma bu, hər şeyin unudulacağı, hər şeyin dayanacağı demək deyil. Bundan sonra Türkiyə və digərləri beynəlxalq məhkəmə prosesini tələb edəcəklər. Məlum olub ki, zərbələrin bəziləri heç bir fərq qoymadan olub və İsrailə qarşı sanksiyalar tətbiq olunacaq”, - ekspert vəziyyəti bu cür proqnozlaşdırıb.
Onun fikrincə, bu, İsraildə mühacirət proseslərini başladacaq, əhali İsraili tərk etməyə və dünyanın müxtəlif ölkələrinə, o cümlədən Rusiyaya köçməyə başlayacaq. Şərqşünas hesab edir ki, bu, dövlətin deqradasiyası, uzunmüddətli perspektivdə faktiki yoxa çıxması deməkdir.
QAZİLER.AZ