İlham Əliyev Sekutanı qəbul etdi

İlham Əliyev Sekutanı qəbul etdi backend

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib. AzərTac-a istinadən məlumatına görə, səfir Robert Sekuta fəxri qarovul dəstəsinin qarşısından keçib. Bundan sonra yeni səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Tərəflər arasında baş tutan görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi məmnunluqla qeyd olunub. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Səfir Robert Sekutanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Diaspora