“Soyqırıma aparan əməliyatları dərhal dayandırın!”
Qaziler.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında İsrailə etdiyi çağırışında bildirib. Paylaşımını bu sözlərlə davam etdirib:
“Qəzzaya hücumların genişlənməsi daha çox acı, ölüm və göz yaşlarından başqa bir şey gətirməyəcək. Uşaqları, qadınları və mülki insanları öldürməklə, xəstəxanaları, məktəbləri, məscidləri və kilsələri bombalamaqla təhlükəsizliyi təmin etmək olmaz. Zülmlə abad olunmaz.
İsrail rəhbərliyi öz səhvindən dönmək, dövlət ağlı ilə hərəkət etmək əvəzinə, başqalarının təhriki ilə bir təşkilat kimi davranır”.
QAZİLER.AZ