Dəfn yerləri ilə bağlı əlimizdə olan məlumatları Azərbaycana təqdim etmişik - BQXK

Dəfn yerləri ilə bağlı əlimizdə olan məlumatları Azərbaycana təqdim etmişik -  BQXK backend

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2022-ci ilin may ayında dəfn yerləri ilə bağlı əlində olan məlumatları Azərbaycana təqdim edib.

Trend xəbər verir ki, bu barədə BQXK-nın media nümayəndələri üçün keçirilən tədbirində bildirilib.

Qeyd edilib ki, ümumilikdə 400-dən çox mümkün dəfn yeri müəyyən edilməklə, onlardan 23-ü yüksək dəqiqlikli, 64-ü orta dəqiqlikli, 320-si aşağı dəqiqlikli (kəndin,dağın adı və s) yerlər kimi təsnif edilib.

“BQXK 2022-ci ilin sonunadək itkin düşmüş şəxslərin ailələrindən 10,800 bioloji referent nümunəsi toplayıb”,- deyə qeyd edilib.

Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.

Diaspora