Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasının ev sahibliyi etdiyi 3-cü "Bir kəmər, bir yol" forumunda iştirak edir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Pekində iki gün davam edəcək forumda 130 ölkə və 30 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu tədbirdə üzvləri sabiq prezident Boris Tadiç, sabiq prezident İvo Yosipoviç, sabiq prezident Mladen İvaniç, həmsədr İsmayıl Serageldin, sabiq prezident Borut Pahor, sabiq prezident Rosen Plevneliyev, BMT-nin sabiq prezidenti Maria Fernanda Espinosa və mərkəzin baş katibi ilə qatılaraq müxtəlif panel müzakirələrində çıxışlar edəcəklər.
Oktyabrın 17-18-də Pekində keçirilən konfrans Çin Prezidentinin təşəbbüsü ilə yaradılan “Bir kəmər, bir yol” Təşəbbüsünün (BRI) 10-cu ildönümünü qeyd edir.
Çin 150-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatla “Bir kəmər, bir yol” əməkdaşlıq sənədləri imzalayıb.