“İsrail hakimiyyətinin Qəzza zolağından bir milyona yaxın sakinin təxliyəsi ilə bağlı çağırışı insan haqlarını pozur”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov səsləndirib.
Onun sözlərinə görə, insanlar ömür boyu yaşadıqları evlərdən çıxarılırlar.
“Bu, evakuasiya deyil, bu, onların evlərindən, ömür boyu yaşadıqları yerlərdən köçürülmədir, ona görə də düşünürəm ki, bu, heç kimin xoşuna gəlməz”, - Boqdanov deyib.
QAZİLER.AZ