HƏMAS hərəkatının başlıca məqsədi nədir? - Ərəbşünas açıqladı

HƏMAS hərəkatının başlıca məqsədi nədir? -  Ərəbşünas açıqladı backend

“HƏMAS hərəkatı İsrail tərəfindən işğal olunmuş ərazidə Fələstin dövlətinin yaradılmasına deyil, yalnız qlobal xilafətin yaradılmasına çalışır”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Şərqşünaslıq Məktəbinin baş müəllimi, ərəbşünas Andrey Çupriqin “NEWS.ru”ya bildirib.

Onun sözlərinə görə, təşkilatın islamçı məqsədləri dünyəvi dövlətin qurulmasında iştirak etməyi nəzərdə tutmur.

“İsrail onlar üçün iddialı məqsədlərinə çatmaqda - dünya müsəlmanlarını vahid lider-xəlifə altında birləşdirmək yolunda ən mühüm maneə rolunu oynayır. Unutmayaq ki, HƏMAS beynəlxalq islamçı “Müsəlman Qardaşlar” qrupu tərəfindən yaradılıb (təşkilat Rusiya Federasiyasında terrorçu kimi tanınıb, fəaliyyəti qadağandır) və onların heç bir dünyəvi vəzifəsi yoxdur”, - deyə ərəbşünas bildirib.

Çuprıgin xatırladıb ki, Rusiya HƏMAS-ı terror təşkilatları siyahısına daxil etməyib:

“Amma bizim HƏMAS-ı dəstəkləməyimizdən söz gedə bilməz. Moskvanın təşkilatı nə iləsə təmin etməsi və onun döyüşçülərinin hazırlanmasında iştirak etməsi ilə bağlı bütün söhbətlər əsassız”, - ərəbşünas bildirib.

QAZİLER.AZ

Diaspora