İranın Rusiyadakı səfiri fələstinlilərin vəhşicəsinə öldürülməsindən DANIŞDI

İranın Rusiyadakı səfiri fələstinlilərin vəhşicəsinə öldürülməsindən DANIŞDI backend

“Qəzza zolağında baş verənlər fələstinlilərin vəhşicəsinə öldürülməsidir”.

Qaziler.az xəbər verir ki, bu fikirləri İranın Rusiyadakı səfiri Kazem Cəlali “NEWS.ru” ilə söhbətində bildirib. Onun sözlərinə görə, Qəzza uzun illərdir ki, mühasirədə və embarqodadır və İsrail BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq öhdəliklərə əməl etmir.

“Qəzzada vəziyyət dəhşətlidir, bu, insanların, sığınacaqları olmayan fələstinli uşaq və qadınların bir növ vəhşicəsinə öldürülməsidir və onların üzünə dəniz, hava və qurudan bütün yollar bağlıdır. Sionist rejim illərdir mühasirədə və embarqoda olan Qəzza adlı böyük damsız həbsxana yaradıb”, - deyə Cəlali bildirib.

Səfir iddia edir ki, qəzzalılara qarşı geniş təzyiq onları özlərini və hüquqlarını müdafiə etməyə məcbur edib:

“Yaşamaq hüququ, torpaq hüququ, təhsil, nəfəs almaq və normal yaşamaq - bütün bunlar hər bir insanın təbii istəkləridir”.

QAZİLER.AZ

Diaspora