İsraildə olan Annalen Berbok bunkerə sığınmalı olub

İsraildə olan Annalen Berbok bunkerə sığınmalı olub backend

Almaniyanın xarici işlər naziri Annalena Berbok Fələstinin HƏMAS hərəkatının İsrailə atdığı raket zərbələri səbəbindən sığınacağa sığınmalı olub.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı DPA xəbər agentliyi yayıb.

Qeyd edilib ki, diplomat xüsusi təchiz olunmuş yeraltı bunkerə enməyə məcbur edilib.

“HƏMAS Tel-Əvivi yenidən atəşə tutub. Dəmir günbəz hava hücumundan müdafiə sistemi şəhərdə işə düşüb. Hazırda İsraildə səfərdə olan Berbok bütün nümayəndə heyəti ilə birlikdə bunkerə enməli olub. Ölən və yaralananlar barədə məlumat verilmir”, - agentliyin məlumatında qeyd edilib.

İsrailə səfəri zamanı Berbok HƏMAS-ı İsraildən qaçırılan girovları azad etməyə çağırıb. O, hərəkat nümayəndələrinə təkcə diplomat kimi deyil, bir insan və ana kimi müraciət edib.

QAZİLER.AZ

Diaspora