Moldova Rusiya ilə silahlı münaqişəyə hazırlaşır - Ekspert

Moldova Rusiya ilə silahlı münaqişəyə hazırlaşır -  Ekspert backend

Tiraspol Sosial-Siyasi Tədqiqatlar və Regional İnkişaf İnstitutunun direktoru İqor Şornikov Moldova hakimiyyətinin Rusiya ilə silahlı münaqişəyə hazırlaşdığını bildirib.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Onun sözlərinə görə, ölkə prezidenti Maia Sandu qonşu dövlətlə hərbi qarşıdurma hazırlığı ilə Rusiyanın hərbi varlığını bölgədən sıxışdırıb çıxarmağı hədəfləyib.

“Sandunun ilkin məqsədi Rusiyanın hərbi varlığını bölgədən sıxışdırıb çıxarmaqdan ibarətdir. Bunu xüsusilə gizlədilmədi, o, prezident seçkilərində qələbəsindən sonra ilk müsahibəsində öz mövqeyini açıqladı. Lakin onun indi gördüyü iş birbaşa Moldovanı Rusiya ilə silahlı münaqişəyə hazırlamaqdır”, - Şornikov bildirib.

QAZİLER.AZ

Diaspora