“2020-ci ildə 44 günlük müharibədən keçən Ermənistan heç bir dərs almayaraq Rusiyadan ayrılmaq kursunu seçib”.
Qaziler.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Aleksey Leonov “NEWS.ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Ukrayna da vaxtilə eyni yolla gedib. Ekspert İrəvanın MDB-nin Bişkek sammitində iştirakdan imtina etməsini belə şərh edib:
“İndi Ermənistanda baş verənlər Ukraynanın yoluna bənzəyir. O da əvvəlcə Rusiyanın mövcud olduğu bütün strukturlardan çıxdı, sonra isə ikitərəfli əməkdaşlıqdan tamamilə imtina etdi. İndi hər şeyin necə bitdiyini izləyirik. Kiyevdə də düşünürdülər ki, Avropaya inteqrasiyanı seçmək xoşbəxtlik gətirəcək. Amma nəinki Rusiyadan qoparılan dövlət məhv olur, həm də yüksək qiymət ödəyir - Ukrayna vətəndaşlarının həyatı ilə”, - Leonkov bildirib.
Ekspert vurğulayıb ki, Ermənistanla uçurum Ukrayna ilə müqayisədə xeyli sürətlə baş verir. Onun proqnozlarına görə, Ermənistanın qərbyönlü kursu yaxın gələcəkdə də davam edəcək.
“Ermənistan rəhbərliyi başa düşmür ki, onlar tədricən “Anti-Rusiya” adlı böyük layihəyə çevrilirlər. Ən yaxşı halda respublika asılı anklava çevriləcək, ən pis halda isə sadəcə olaraq udulmuş olacaq”, - Leonkov bildirib.
QAZİLER.AZ