Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciət səfirliyin “X” sosial şəbəkə hesabında yayımlanıb.
Müraciətdə deyilir:
“İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımıza ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”.