“Ruslar İsraildə vəziyyətin pisləşməsini gözləməməlidirlər, onlar müntəzəm uçuşlardan yararlanmalıdırlar".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib. Onun sözlərinə görə, səfirlik əməkdaşları da təxliyəyə hazırdırlar, lakin hələlik buna ehtiyac yoxdur.
"Təbii ki, zərurət yaranarsa, evakuasiya tədbirlərinə hazırlıq vəziyyəti var”, - Viktorov bildirib.
O vurğulayıb ki, təcili danışıqlara başlamaq və İsraillə Fələstin arasında bütün məsələləri həll etmək lazımdır. Səfir əminliklə qeyd edib ki, HƏMAS-ın terror hərəkətləri pislənməlidir.
QAZİLER.AZ