O, Çeçenistanı Yer üzündən silmək istəyirdi
Çeçenistan Respublikasının lideri Ramzan Kadırov SSRİ generallisimusu İosif Stalini satqın adlandırdı. O, Qroznunun 205 illiyi ilə bağlı çıxışında bu fikirləri səsləndirib. Çeçen lideri bildirib ki, İosif Stalin bizi məhv eləmək istəyirdi. O, vaxt güclü liderimiz yox idi ki, milləti qorusun.
Amma indi Çeçenistanın güclü hakimiyyət komandası var. İndi lider tək qərar vermir, biz hamımız bir fikri, qərarı razılaşıb həyata keçiririk. Artıq bu millətin güclü lideri və hakimiyyəti var.
QAZİLER.AZ verdiyi məlumata görə, Kadırov 2017-ci ildə də öz çıxışı zamanı İosif Stalin haqda sərt çıxış etmişdi. Və hətta o, Ukrayna tərəfdə döyüşən çeçenləri ləyaqətsiz adlandırmışdı.
QAZİLER. AZ