Azərbaycan prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib backend

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.

Səfir R. Sekuta fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi məmnunluqla qeyd olunub. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Səfir R. Sekutanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olunub.


Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Diaspora