Bu gün sülhməramlıların Qarabağdan çıxması tarixi müzakirə ediləcək

Bu gün sülhməramlıların Qarabağdan çıxması tarixi müzakirə ediləcək backend

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların regiondan çıxması müddətini müzakirə etmək məqsədilə oktyabrın 6-da İrəvana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin keçirəcəyi görüşdə sülhməramlıların regiondan çıxması müddəti konkret olaraq müzakirə ediləcək.

Qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq 5 il müddətinə yerləşdirilib.

Diaspora