Putin: “Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək istəmirlər”

Putin: “Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək istəmirlər” backend

“Qarabağın keçmiş “liderlərini” Ermənistanda da görmək istəmirlər”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XX İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.

Putin rəsmi Bakının Qarabağın keçmiş “liderləri”nə münasibətdə humanitar mülahizələrə əsaslanacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Ruben Vardanyanın həbsi ilə bağlı vəziyyəti şərh edən Rusiya lideri onun özünün könüllü olaraq Rusiya vətəndaşlığından imtina etdiyini vurğulamışdı.

Qeyd edək ki, qondarma qurumun keçmiş “liderləri” Arkadi Qukasyan, Bako Saakyan və David İşxanyan, eləcə də Arayik Arutyunyan və Ruben Vardanyan həbs ediliblər. Onlar barəsində belə qərar separatçılara qarşı cinayət işlərinin istintaqı çərçivəsində verilib.

Diaspora