Rusiya Yaponiyaya etiraz edib - VİDEO

Rusiya Yaponiyaya etiraz edib - VİDEO backend

Moskva Rusiya sərhədləri yaxınlığında ABŞ-la birgə hərbi təlimlər keçirdiyi üçün Yaponiyaya etirazını bildirib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova həfətəlik brifinqdə bildirib.

Yaponiya səfirliyinə Tokio və NATO ölkələrinin Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında hərbi fəaliyyət göstərməsinin yolverilməz olduğu bildirilib.

“Yaponiya tərəfinə ölkəmizin Uzaq Şərq sərhədləri yaxınlığında Tokionun, o cümlədən NATO üzvü olan ölkələrlə birgə həyata keçirdiyi nümayişkaranə hərbi fəaliyyətin qəti şəkildə yolverilməzliyi qeyd edilib”, - Zaxarova qeyd edib.

O, izah edib ki, söhbət sentyabrın 14-dən 23-dək Hokkaydo adasında keçirilən təlimlərdən, eləcə də bu ilin oktyabrın sonu - dekabrın əvvəlinə planlaşdırılan oxşar manevrlərdən gedir.

QAZİLER.AZ

Diaspora