Fransa planlaşdırılan dövlətlərarası sazişdə Ermənistana hərbi texnikanın verilməsini təsdiqləyib.
Qaziler.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna açıqlama verib.
Oktyabrın 3-də İrəvana səfərə gələn Avropa ölkəsinin diplomatik departamentinin rəhbəri də Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya etmək qərarını alqışlayıb.
"Fransa Ermənistanla müdafiəsini təmin edə bilməsi üçün Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş imzalamağa razılaşıb”, - deyə Kolonna bildirib.
QAZİLER.AZ