Fransalı nazir Ağrı dağını Ermənistan ərazisi kimi göstərdi - FOTO

Fransalı nazir Ağrı dağını Ermənistan ərazisi kimi göstərdi - FOTO backend

İrəvana səfər edən Fransanın xarici işlər naziri Ketrin Kolonna qalmaqallı paylaşım edib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, fransalı nazir Ağrı dağını Ermənistan ərazisi kimi göstərib.

Paylaşımında Ağrı dağını paylaşan fransalı nazir “Ermənistana qayıtdım” ifadələrini yazıb.

Kolonanın paylaşımı sosial mediada sərt reaksiyalara səbəb olub.

Qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra Fransa prezidenti Emmanuel Makron “Ermənistanın ərazi bütövlüyü təhlükə altına düşərsə, Fransa İrəvanın yanında olacaq” açıqlamasını vermişdi. Bu açıqlamadan sonra Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfər edib.

QAZİLER.AZ

Diaspora