Prezident Türkiyənin gömrük və ticarət nazirini qəbul edib

Prezident Türkiyənin gömrük və ticarət nazirini qəbul edib backend

Prezident İlham Əliyev Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük orqanları arasında birgə komissiyanın yaradılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq bu gün Bakıda komissiyanın ilk toplantısının keçiriləcəyini vurğulayan nazir Cenap Aşçı bildirib ki, dövlət başçıları səviyyəsində qəbul edilən qərarların icrasının reallaşdırılması qarşıda duran vəzifələrdən biridir.

İki ölkənin gömrük orqanlarının birgə komissiyasının fəaliyyətə başlamasının əhəmiyyətinə toxunan prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarında bu sahə ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib.

Dünyada gedən maliyyə-iqtisadi böhran şəraitində ölkələrimizin gömrük orqanları qarşısında mühüm vəzifələrin dayandığını deyən prezident İlham Əliyev iqtisadi böhranın nəticələrinin araşdırılması, təhlili və gömrük orqanlarının işinin təkmilləşdirilməsində birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.
Diaspora