Azərbaycan XİN Almaniya, İraq və Koreyanı təbrik edib

Azərbaycan XİN Almaniya, İraq və Koreyanı təbrik edib backend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniyanı Milli Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“Almaniya xalqını Milli Günü münasibətilə ürəkdən təbrik edirik! Milli bayramınız mübarək!” - deyə təbrikdə bildirilib.

XİN İraqı da Milli Günü münasibətilə təbrik edib.

“İraq xalqını və hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!” - deyə XİN-in təbrikində qeyd olunub.

Nazirlik eyni zamanda, Koreya Respublikasına Milli Günü münasibətilə təbrik ünvanlayıb.

“Koreya Respublikasının Milli Günü münasibətilə Koreya xalqını təbrik edirik!” - deyə təbrikdə bildirilib.

Diaspora