Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qaziler.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə olunan layihəyə əsasən, qurum Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.