Özbəkistan prezidenti Qətərə gedir

Özbəkistan prezidenti Qətərə gedir backend

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 1-2-də Qətərə dövlət səfəri edəcək.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində o, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar aparacaq.

Onlar Özbəkistan-Qətər əməkdaşlığının vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Özbəkistan dövlətinin başçısı EXPO Doha 2023 beynəlxalq sərgisinin açılış mərasimində də iştirak edəcək.

Dövlət səfərinin yekunları üzrə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlmiş sənədlər paketinin imzalanması gözlənilir.

 

 

 

Diaspora