Peskovdan Ruben Vardanyanın həbsinə REAKSİYA - VİDEO

Peskovdan Ruben Vardanyanın həbsinə  REAKSİYA - VİDEO backend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın həbsindən xəbərsiz olduğunu bildirib.

Qaziler.az bu barədə “gazeta.ru”ya istinadla xəbər verir.

“Məndə belə bir məlumat yoxdur, ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Amma, hər halda, onun Rusiya vətəndaşlığı var... Və əlbəttə ki, biz onun hüquqlarını qoruyacağıq”, - Peskov bildirib.

Jurnalistin Vardanyanın Rusiya vətəndaşlığından çıxması ilə bağlı sualına Peskov yenə bundan xəbəri olmadığı cavabını verib.

Məlumatda qeyd edilir ki, Vardanyanın həyat yoldaşı onun Azərbaycan hakimiyyəti tərəfindən həbs olunduğunu təsdiqləyib.

QAZİLER.AZ

Diaspora