"Cənubi Qafqazın siyası, iqtisadi, hərbi, mədəni və ümumilikdə strateji güc tarazlığını saxlayan yerli ölkə nə Gürcüstandır, nə də Ermənistan. Bu ölkə Azərbaycandır. Bunu anlamayan regional və qlobal gücün bu regionda uğur qazanma şansı yoxdur! Bu reallıq azacıq strategiyadan, milli maraqdan və ağıllı yanaşmadan başı çıxan hər dövlətin görməsi gərəkən şeydir".
Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Nazim Cəfərsoya məxsusdur. O, Cənubi Qafqazda qurulan güc balanslarını belə şərh edib:
Baxın Qərb bir ara regiondakı güc balansını Gürcüstan üzərindən qururdu, bütün analizlərdə "Gürcüstan belə gəldi, elə getdi" deyilirdi. Nəticədə bu gün Gürcüstan heç özünü balansda saxlaya bilmir. İndi Qərb keçib bu balansı Ermənistan üzərindən qurmağa, mənasız işdir, uduzacaqlar. İnanmırlar, Rusiyaya baxsınlar.
Rusiya Cənubi Qafqaz balansını Ermənistan üzərindən qururdu. Həm də 200 ildir, nəticədə bu gün Ermənistan Cənubi Qafqazı balansını qurmaq bir yana Rusiyadan xilas olmağa çalışır. Kreml gördü vəziyyət gərgindi, Azərbaycanla rasional münasibətlər qurmağa başladı. Kremlin Qarabağdakı mövqeyində dəyişikliyi də bununla əlaqədardır. Ona görə Qarabağ Abxaziya olmadı və olmayacaq da!
İran da Cənubi Qafqaz balansını Ermənistan üzərindən qurur, nəticədə Tehran da uduzan tərəflərdən biridir. Halbuki İranın ədalətli və strategiyalı yanaşan idi, ən az Turkiyə qədər şansı vardı.
Türkiyə isə Cənubi Qafqaz balansını Azərbaycan üzərindən qurdu, hazırda bu proseslərin həm ikili, həm regional, həm də qlobal mənada ən çox qazanan gücüdür. Üstəlik bu proses daha da böyüyərək davam edəcək.
Hələ Cənubi Qafqaz balansını Azərbaycan+Türkiyə üzərindən quran ölkə Avrasiya və qlobal mənada böyük qazanc saxlama şansına malikdir. Amerikalılar, fransızlar və almanlar hələ bunu anlamırlar, ancaq Rusiya ilə Britaniya anlayır və ikisi də aktiv fəaliyyətdədir. Arxadan da İsrail gəlir. Çin yavaş-yavaş anlayır, Hindistan isə gedir bataqlığa".
QAZİLER.AZ