Aİ hansı halda Azərbaycana qarşı tədbir görəcəyini açıqlayıb

Aİ hansı halda Azərbaycana qarşı tədbir görəcəyini  açıqlayıb backend

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə hörmət etmək üçün məsuliyyət daşıyır.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, Borrellin sözlərinə görə, region əhalisi sıxışdırılacaqsa, Aİ Bakıya qarşı tədbir görməyə hazır olacaq.

“Azərbaycan Qarabağ ermənilərinin hüquqlarına hörmətlə yanaşılmasına, təhlükəsizliyinin, o cümlədən təhdid və ya ayrı-seçkiliyə məruz qalmadan öz evlərində yaşamaq hüququna görə məsuliyyət daşıyır. Vəziyyət pisləşərsə, Avropa İttifaqı müvafiq tədbirlər görməyə hazırdır”, deyə Borrell bildirib.

QAZİLER.AZ

Diaspora