Paşinyan etirazçıları hədələdi: “Sərt davranacağıq”

Paşinyan etirazçıları hədələdi:  “Sərt davranacağıq” backend

“Ermənistan Nazirlər Kabineti İrəvan küçələrinə qan tökülməməsi üçün etirazçılara qarşı sərt davranmaq niyyətindədir”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Ermənistanda ölkənin keçmiş liderlərindən birinin oğlu ilə bağlı qruplar, eləcə də Qarabağın yüksək vəzifəli şəxsləri ilə əlaqəli tələbələr hərəkətə keçiblər:

“Onlar hökumətin İrəvan küçələrində qan tökməsini istəyirlər. Amma bu, olmayacaq, sərt davranacağıq, amma qanun çərçivəsində. Həbslər aparılır, günahkarlar məsuliyyətə cəlb olunacaqlar”, - Paşinyan bildirib.

QAZİLER.AZ

Diaspora